​Məhkəmə dietoloqla bağlı qərar verdi

​Məhkəmə dietoloqla bağlı
15:45 24.07.2022
272 Hadisə
A- A+

Aparıcı İlkin Həsəninin şikayəti əsasında dietoloq Ləman Süleymanova barəsində məhkəmə qərar verib.

“Qafqazinfo”nun məlumatına görə, İ.Həsəni Bakı Şəhər Baş Polis İdarəsində dinləndildikdən sonra L.Süleymanova barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə protokol tərtib olunub. Protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmə Ləman Süleymanovanın əməlində xuliqanlıq olmadığı qənaətinə gəlib və iş üzrə icraata xitam verilib.

Qeyd edək ki, bir neçə gün əvvəl aparıcı İlkin Həsəni sosial şəbəkədə video-müraciət ünvanlayaraq ailə üzvlərinin təhqir edildiyini və həmin qadının tapılmasını istəmişdi. Həmçinin dietoloq Ləman Süleymanova da instaqram hesabı vasitəsilə Daxili İşlər Nazirliyinə video-müraciət etmişdi.