​Rusiya Ukraynadan iki mindən çox yetim uşağı OĞURLAYIB

​Rusiya Ukraynadan iki mindən çox yetim uşağı
10:30 25.07.2022
229 Ölkə
A- A+
"Təcavüzkarın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri iki mindən çox ukraynalı yetim uşaq qanunsuz olaraq Rusiyaya aparılıb".

 Sulh.info.az xəbər verir ki, bunu keçmiş uşaq ombudsmanı, Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini Anna Kuznetsova deyib.

"İndi iki mindən çox uşaq var. Uşaqların bəziləri artıq öz müəssisələrinə, Luqansk Uşaq Evinə qaytarılıblar", - Kuznetsova deyib.

Kuznetsova həmçinin təsdiqləyib ki, oğurlanmış uşaqlar rus ailələrinə və “kadet korpuslarına” övladlığa verilir.

"Rusiya da daxil olmaqla, onları övladlığa götürən ailələrin tapılması istiqamətində iş aparılır. Bundan əlavə, problemin başqa bir həlli var - "kadet korpusu". Luqansk ərazisində iki kadet korpusu açılacaq", - o bildirib.

Keçmiş ombudsmanın sözlərinə görə, Ukraynanın işğal olunmuş ərazilərində 800 minə yaxın insan Rusiya vətəndaşlığı alıb. (publika)