​Sabah çimərliklərə gedənlərin NƏZƏRİNƏ!

​Sabah çimərliklərə gedənlərin
16:57 25.07.2022
209 Toplum
A- A+

Abşeron çimərliklərində 26 iyulda gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometerologiya xidmətindən Sfera.az-a verilən məlumata görə, iyulun 26-da mülayim cənub küləyi əsəcək.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.