İki il komada qalan 50 yaşlı qadın Wanda Palmer oyanıb.
Sulh.info.az xəbər verir ki, 2020- ci ilin iyununda yaşlı qadın hücuma məruz qalıb. Qadına soyuq silahla bədənin müxtəlif yerlərindən kəsici-deşici alətlə zərbələr endirilib. Aldığı zərbələrdən huşunu itirən qadını polis əməkdaşları tapıb. Polisin köməyi ilə xəstəxanaya yerləşdirilib. İki il komada qalan qadın nəhayət gözlərini açıb və onu bıçaqlayanın əlamətlərini deyib. O hadisəni törətməkdə 55 yaşlı qardaşı Daniel Palmeri ittiham edib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadının Daniel həbs edilib. (32gun.az)