​Balakən sakini bıçaqlandı: qulağı kəsildi

​Balakən sakini bıçaqlandı:
11:25 26.07.2022
240 Hadisə
A- A+

Balakən rayonunda 28 yaşlı şəxsin qulağı kəsilib.

Sulh.info.az xəbər verir ki, hadisə ötən gecə rayon ərazisində qeydə alınıb.

Belə ki, Balakən şəhər sakini, 1994-cü il təvəllüdlü Samiddin Quliyev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Daha sonra o, belin kəsilmiş-deşilmiş və qulağın kəsilmiş yaraları xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisəni törədən şəxs və yaxud şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilir. (axar)