​Səfər Mehdiyevin ölkədən çıxışına “stop” qoyuldu

​Səfər Mehdiyevin ölkədən çıxışına
11:05 26.07.2022
210 Ölkə
A- A+

Prezidentin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Səfər Mehdiyevin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Sulh.info.az xəbər verir ki, sabiq komitə sədrinin ölkədən çıxışının qadağan olunması Gömrük Komitəsinin yüksək vəzifəli şəxslərinin həbsindən sonra başlanmış cinayət işinin istintaqı ilə bağlıdır.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsində keçirilən antikorrupsiya əməliyyatları çərçivəsində adıçəkilən qurumun rəhbərliyində olan bir sıra generallar həbs edilib. (baku.ws)