Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə heyvanları idarə etdiyi avtomobilə bağlayaraq sürüyən şəxsin Bərdə rayon sakini Nəsib Həsənov olduğu müəyyən edilib.
Bununla bağlı Oxu.Az-a açıqlamasında DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı məlumat verib.
Onun sözlərinə görə, N.Həsənov öz izahatında heyvanları evinin yaxınlığında ölü olaraq tapdığını və yaşadığı kənddəki zibil tullantılarının atıldığı əraziyə apardığını bildirib.
Məsələ ilə bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.