​"Barselona"dan Türkiyə klubuna keçir

​
17:45 26.07.2022
227 İdman
A- A+

"Barselona"nın futbolçusu Oskar Minqesa "Qalatasaray"da çıxış edə bilər.

Sulh.info.az istinadən xəbər verir ki, İstanbul təmsilçisi ispaniyalı müdafiəçini heyətinə qatmaq istəyir. Xəbərə görə, 23 yaşlı futbolçu özü də klubdakı vəziyyəti ilə barışıb və komandadan ayrılmaq istəyir. Amma o, ilk öncə La Liqada karyerasını davam etdirmək istəyir. Lakin maliyyə cəhətdən daha sərfəli görününən Türkiyə variantını da nəzərdən keçirir. Onu da qeyd edək ki, "Barselona" oyunçusu üçün onunla maraqlanan klublardan 5 milyon avro tələb edir. Buna baxmayaraq, müqaviləsinin bitməsinə 1 il qalmış müdafiəçini daha aşağı qiymətə buraxıb, sonrakı satışdan gəlir əldə etmə bəndini şərt qoyaraq yollarını ayırmağa hazırdır.  

Qeyd edək ki, Oskar Minqesa ilə "Selta" (Viqo), "Xetafe", "Vallodolid", Yunanıstandan AEK və Bundesliqadan "Hoffenhaym" kimi klublar maraqlanır. O, 2019-cu ildən çıxış etdiyi əsas komandada indiyə kimi bütün turnirlərdə 66 oyunda neydanda olub və 2 qolla yadda qalıb. Müdafiəçi İspaniya millisində isə 1 matç keçirib. (Offside)