​Bakıda 24 yaşlı ərəb turist qəfil öldü - Özəl klinikada

​Bakıda 24 yaşlı ərəb turist qəfil öldü -
12:08 27.07.2022
212 Ölkə
A- A+

Bakıda özəl klinikada ərəb turist ölüb.

Sulh.info.az xəbər verir ki, hadisə "Leyla Medical Center"də baş verib.

Belə ki, "Renaissance Palace Baku" otelində qalan Səudiyyə Ərəbistanı Krallığının vətəndaşı 1998-ci il təvəllüdlü Almadui Muteb Saeedin iyulun 26-da günorta saatlarında vəziyyəti pisləşib.

O, klinikaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Hazırda faktla bağlı araşdırma aparılır. (sfera.az)