​Nazir imtahan suallarının satılmasından danışdı: “Bizim səhvimizdir”

​Nazir imtahan suallarının satılmasından danışdı:
12:16 27.07.2022
215 Ölkə
A- A+

“Hazırda müəllimlərin işə qəbulu imtahanlarında sualların satılması ilə bağlı məsələ araşdırılır”.

Sulh.info.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə bildirib.

Nazir bildirib ki, Təhsil Nazirliyi imtahanların şəffaf keçirilməsində maraqlıdır:

“Sualların satılması ilə bağlı məsələ araşdırılır. Bu, bizim səhvimizdir və mən nöqsanın məsuliyyətindən qaçmıram. Səbəbi araşdırılır. Hansısa müəllim məsuliyyətsizliyə yol verib və bu məsuliyyətsizliyi hüquq-mühafizə orqanları ilə müəyyən ediləcək”.

Nazir qeyd edib ki, bir nəfərin məsuliyyətsizliyi 4 min insanın əməyini yerə vurub. (oxu.az)