​Türkiyənin Baş Konsulluğuna iki raket atılıb - YENİLƏNİB

​Türkiyənin Baş Konsulluğuna iki raket atılıb -
14:20 27.07.2022
230 Dünya
A- A+

Türkiyənin İraqın Mosul şəhərində yerləşən Baş Konsulluğuna hücumun təfərrüatları məlum olub.

Sulh.info.az xəbər verir ki, diplomatik nümayəndəliyə 2 raket atılıb.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Amma ətrafdakı tikililələrə və avtomobillərə ziyan dəyib.

Şahidlərin sözlərinə görə, ərazidə yaşayan bəzi ailələr evlərini tərk ediblər.

13:31

Türkiyənin İraqın Mosul şəhərində yerləşən Baş Konsulluğuna hücum olub.

Sulh.info.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik hücumu pisləyib: “BMT Təhlükəsizlik Şurasının iclası keçirildiyi zaman belə bir hücumun təşkil olunması diqqət çəkir”.

Türkiyə XİN həmçinin İraqdakı səlahiyyətli şəxslərə terrorla mübarizədə ayıq-sayıq olmaları barədə xəbərdarlıq edib. (report)