​Azər Zahid polisə şikayət edəcək: “Qazi dostumdur”

​Azər Zahid polisə şikayət edəcək:
15:20 27.07.2022
294 Maqazin
A- A+

Aparıcı Azər Zahid sosial şəbəkədə yayılan videoda əlil qazini təhqir etməsi xəbərinə münasibət bildirib.

Sulh.info.az xəbər verir ki, Azər Zahid açıqlamasında yayılan xəbərlərin əssasız olduğunu deyib:

“Videonun çox qısa hissəsini paylaşıblar, görüntünü 10 gün əvvəl “TikTok” platmormasında paylaşmışam. Videonu başqa cür montaj edib, təqdim ediblər. Bu gün bunu yayan “trol” qruplarının səs yazılarını hüquq-mühafizə orqanlarına təqdim edəcəyəm.

Haqqımda video da paylaşırlar ki, Azər ölüb, döyüblər və sair. Bu haqda da açıqlama verəcəm. Üç qazimizə öz cibimdən 1 600 manat pul vermişəm. Bu da bəzi insanlara xoş gəlmir. Qazi dostumdur. Onun üçün əlimdən gələni edəcəm. Bizim o qardaşla şəxsi zarafatımız var”.

Qeyd edək ki, videoda Azər Zahidin gözdən əlil olan Qarabağ qazisi Amil Əliyevə pul verərkən “sən onsuz da saya bilməyəcəksən” dediyi əks olunub. (oxu.az)