Sumqayıtda dəniz sahilində meyit tapılıb.
Sulh.info.az bildirir ki, Xəzər dənizinin Sumqayıt sahilində iaşə obyektlərinin birinin yaxınlığında qadın meyiti aşkarlanıb.
Aparılan araşdırmalar zamanı onun 1999-cu il təvəllüdlü Abbasova Şölə Ağayar qızı olduğu və dənizdə boğulduğu məlum olub.
Meyit aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. (Apa)