​"Dinamo"nun qolundan sonra "Fənərbaxça" azarkeşləri "Putin"i səslədilər

​
09:30 28.07.2022
199 İdman
A- A+

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinndə Türkiyə "Fənərbağça"sı evdə Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə qarşılaşıb.

Sulh.info.az xəbər verir ki, görüş "Fənərbaxça"nın 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib. Bununla da Türkiyə komandası mübarizəni dayandırıb.

Matçda səsləndirilən " Vladimir Putin" şüarları isə gündəmi zəbt edib. Belə ki, 57-ci dəqiqədə Vitali Buyalskinin qolu ilə Kiyev "Dinamo"su 1:0 önə keçib. O, azarkeşlərin önündə sevincini bölüşmək istəyib, lakin azarkeşlər rəqibin qol sevincinə qəzəblənərək tribunalardan “Vladimir Putin” şüarlarını səsləndiriblər.

Bu səbəbdən "Dinamo Kiyev"in baş məşqçisi Mirça Luçesku oyundan sonra mətbuat konfransına qatılmayıb.