İranın kəşfiyyat orqanı olan İnformasiya Nazirliyinin (ETTELAAT) əməkdaşları terrorçuluqda şübhəli bilinən bir qrup tutub.
Sulh.info.az “Tasnim”a istinadən xəbər verir ki, bu barədə İnformasiya Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həmin qrup İsrailə casusluq etməkdə şübhəli bilinir.
Məlumata görə, onların hədəfi İranın müdafiə sənayesi mərkəzində partlayış törətmək olub.
Bildirilib ki, qrupa Abdullah Mehtadi başçlıq edib. Dəstə PKK terror təşkilatının İrandakı “Komilə” adlı qolunun muzdlularından ibarət olub. Axtarış-əməliyyat tədbirləri nəticəsində qrup üzvlərinin qaldığı yerlərdən xarici dövlətlə əlaqələrini təsdiqləyən çoxsaylı sənədlər aşkarlanaraq müsadirə edilib.
Qeyd olunub ki, dəstə üzvlərindən silah-sursat, partlayıcı qurğu və maddə götürülüb. Əməliyyat zamanı qrup üzvlərindən İran və xarici ölkə valyutası, maskalanmaq üçün vasitələr, mobil telefonlar, şəxsiyyəti təsdiqləyən saxta sənədlər aşkarlanaraq müsadirə edilib.