​Azərbaycanın hərbi gəmiləri Rusiyada səfərdədir - FOTO

​Azərbaycanın hərbi gəmiləri Rusiyada səfərdədir -
11:35 28.07.2022
234 Ölkə
A- A+

Azərbaycan Respublikası və Rusiya Federasiyası Müdafiə nazirlikləri arasında birgə hərbi fəaliyyətlər planına uyğun olaraq Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) "G-121" və “G-129” gözətçi gəmiləri Rusiya Federasiyasında səfərdədir.

Sulh.info.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Xəbərə görə, hərbi dənizçilərimizin Rusiya Federasiyasının Xəzər Dəniz Flotilyasının Kaspiysk Limanında təntənəli qarşılanma mərasimi keçirilib.

Qeyd olunub ki, Azərbaycan HDQ-nin gəmi və şəxsi heyəti bir sıra tədbirlərdə iştirak edəcək. (apa)