​Rusiyanın Ukraynadakı canlı qüvvə itkisi açıqlandı

​Rusiyanın Ukraynadakı canlı qüvvə
12:25 28.07.2022
232 Siyasət
A- A+

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.

Sulh.info.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 40.070 (+200) canlı qüvvəsi, 1738 (+1) tankı, 3971 (+12) zirehli döyüş maşını, 883 (+3) artilleriya sistemi, 258 reaktiv yaylım atəşi sistemi, 117 (+1) havadan müdafiə sistemi, 222 hərbi təyyarəsi, 190 (+1) helikopteri, 726 (+4) dronu, 174 qanadlı raketi, 15 gəmi/kateri, 2847 (+12) avtomobil texnikası və yanacaq çəni və 75 xüsusi texnikası məhv edilib.

Məlumata görə, Rusiya ötən gün ən çox itkini Krivoy Roq istiqamətində verib. (publika.az)