​İranda daşqınlarda 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb - YENİLƏNİB

​İranda daşqınlarda 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb -
11:23 28.07.2022
221 Dünya
A- A+

İranın Tehran əyalətinin İmamzadə Davud bölgəsində sel və daşqınlarda ölənlərin sayı 5 nəfərə çatıb.

Sulh.info.az xəbər verir ki, apa-nın Tehran bürosunun məlumatına görə, hadisə nəticəsində 9 nəfər xəsarət alıb.

8 avtomobil və çox sayda mal-qaranı sel aparıb, evlərə ziyan dəyib. Əhaliyə evlərini boşaltmaq və təhlükə ilə bağlı xəbərdarlıq olunub.

***

10:47

İranın Tehran əyalətinin İmamzadə Davud bölgəsində sel və daşqınlar nəticəsində 4 nəfər həyatını itirib.

Sulh.info.az xəbər verir ki, hadisə nəticəsində 8 nəfər xəsarət alıb.

Çox sayda evə ziyan dəyib.

Əhaliyə evlərini boşaltmaq və təhlükə ilə bağlı xəbərdarlıq olunub.