​Oğrunu pəncərədən asdılar: Evə girməyinə peşman oldu

​Oğrunu pəncərədən asdılar:
15:40 28.07.2022
288 Hadisə
A- A+
Ev sahibi gündüz evinə girərkən tutduğu oğrunu pəncərədən asıb.
 
Sulh.info.az xəbər verir ki, Beyoğluda başına gələ biləcəkləri hesaba almayan və bir evə girən oğru səs-küy salan zaman ayılan ev sahibi Yasin E. tərəfindən yaxalanıb. Bıçaqlı oğru ilə ev sahibi arasında dava düşüb.
 
Oğru pəncərədən atılaraq qaçmağa çalışsa da, ev sahibi Yasin E. 15 dəqiqəyə yaxın boynundan tutduğu oğrunu buraxmayıb və onu pəncərədə asılı vəziyyətdə saxlayıb.
Oğru nəzarətə alınaraq polis bölməsinə aparılıb. (azxeber.com)