​İran Zəngəzur planını işə salır: Hədəf nədir?

​İran Zəngəzur planını işə salır:
17:10 28.07.2022
258 Siyasət
A- A+

İranın Qafanda konsulluq açmaq istəyi bu il reallaşa bilər. Qafan şəhərini meri Gevorq Parsyan bu istiqamətdə işlərin getdiyini açıqlayıb.

Qafanda, ümumiyyətlə Qərbi Zəngəzurda İran vətəndaşlarının yaşamamasına rəğmən, Tehranın konsulluq planının iki mümkün hədəfi var.

Sulh.info.az bildirir ki, birincisi, iqtisadi məsələlərdir: konsulluq planı Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazisin düşən hissəsində məlum hadisələrdən sonra gündəmə gəldi və İran Qafanda açmaq istədiyi konsulluq üzərindən gələcəkdə yarana biləcək "problemlərə" yerində müdaxilə etmək niyyətindədir;

İkincisi və ən əsas Zəngəzurda mövcudluq məsələsidir: 44 günlük müharibədən sonrakı reallıqlar, xüsusilə dəhliz məsələsi Zəngəzurun qərbini geosiyasi mübarizə coğrafiyalarından birinə çevirib və burada təkcə Bakı-Ankara ikilisinin yox, ABŞ və Rusiyanın da öz maraqları var; (manset.az)