​Saatlarla telefona baxan azyaşlı uşaqlar: Valideyn məsuliyyətsizliyi - Mütəxəssis RƏYİ

​Saatlarla telefona baxan azyaşlı uşaqlar:
15:47 28.07.2022
488 Ölkə
A- A+

Əgər bir neçə il əvvəl ibtidai sinif şagirdlərinin telefon işlətməsi bizə qəribə gəlirdisə, günümüzdə 2-3 yaşlı kərpə uşaqların əlində telefon görmək bizim üçün adiləşib. Əksər hallarda valideynlər uşağın “başını qatmaq” niyyəti ilə onlara telefon versələr də, əslində övladlarına etdikləri pisliyin fərqində deyillər.

Sulh.info.az mövzu ilə bağlı mütəxəssislərlə danışıb. Mövzu ilə bağlı sosioloq Aynur Hacıyeva saytımıza bildirib ki, son illərdə telefon istifadəçilərini yaşı gəncləşir. O bunu yaşayış imkanlarının yaratdığı məcburiyyət kimi dəyərləndirir:

"Əgər bizim dövrümüzdə universitet illərində telefondan istifadə etməyə başlayırdıqsa, indi uşaqlar nəinki orta məktəb yaşlarından, hətta ibtidai siniflərdən telefondan istifadə etməyə başlayıblar. Bu biraz da həyat tərzimizin və iş imkanlarımızın dəyişməsi ilə əlaqədardır. Telefon istifadəçilərinin yaşının gəncləşməyinin bir səbəbi də pandemiya zamanı təhsildəki qısıltlamalar olub. Uşaqların online sistemdə dərs alması telefon istifadəçilərin sayını artırıb. Bu da uşaqlarda vərdiş halına çevrilib və həyatlarının ayrılmaz hissəsinə çevrilib.

Bəzən deyirlər ki, gənclər ünsiyyətdən qaçır. Mən belə deməzdim. Onlar internet vasitəsi ilə də yetərincə ünsiyyət qururlar, dostları ilə əlaqədə olurlar. Lakin ailə üzvləri ilə real ünsiyyət minimuma enib". 

Psixoloq Aytən Ələkbərov isə məsələ ilə bağlı bunları bildirib:

"İnsanların bir-birindən ayrı düşməsinin səbəblərindən biri də telefon istifadəsidir. Bunun fəsadları hər kəsdə qeyri-etik formada davranışla gətirib çıxardır. Təbii ki, texnologiya əsridir. Amma, nitqimizi dayandırmamalı real ünsiyyətə də yer verməliyik. İndiki valideynlərin əsas problemi odur ki, öz uşaqları ilə ünsiyyət qurmurlar. Onların qorxusu övladlarının özlərinə qapanması, zərərli vərdişlərə yiyələnməsidir. Valideynlər bilmədirlər ki, əsas zərər telefon və telefon asılılığıdır. Və onun nə olduğunu övladlarımıza aşılamalıyıq".

Psixoloq əlavə edərək bildirib ki, böyüklərdə telefon müəyyən vaxtlarda işlədilməlidir deyə bilmərik, çünki hər dəqiqə telefona ehtiyac duyulur. Amma uşaqlara gəldikdə isə, valideyn nəzarətində olmalıdır. Uşaqların real ünsiyyətdə olması onların inkişafı üçün yararlıdır”.

Günay İbrahimova / Sulh.info.az