​"Bu danışıqlar təsadüfi deyil, ABŞ və Rusiya Cənubi Qafqazda..." - Politoloqdan AÇIQLAMA

​
16:44 28.07.2022
388 Ölkə
A- A+

“Bu danışıqlar təsadüfi deyil. Məsələ odur ki, Cənubi Qafqazda hazırda ciddi çağırışlar var. Rusiya və ABŞ arasındakı siyasi mübarziə özünü bizim regionda da göstərir. Bu kontekstə ABŞ-ın da Azərbaycan və Ermənistandan müəyyən istəkləri var və Qafqazdakı proseslərlə bağlı Vaşinqton və Moskva arasında ciddi rəqabət sezilir. Ermənistan və Türkiyə arasında sərhədlərin açılması hazırda ABŞ-ın əsas şüarıdır.”

 Sulh.info.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Antoni Blinken ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı telefon danışığını saytımıza şərh edən politoloq Zaur Məmmədov bildirib:

“Bizim üçün əsas məqam odur ki, həm Amerika, həm də Avropa başa düşməlidir ki, Türkiyə və Ermənistan sərhədlərinin açılması və yeni siyasətə başlamaq yanlız Ermənistanın Azərbaycanla özünü konstrutiv aparmasından sonra baş tuta bilər. Biz hələ də Qarabağın dağlıq ərazisində erməni hərbi birləşmələrini görürüksə, bu bir mənalı olaraq bölgədəki yeni proseslərə ziddir. Və buna görə Vaşinqton əlindən gələni etməlidir. Amerika bunu fiziki cəhətdən edə bilmirsə, Nikol Paşinyana çağırışlar edilməlidir”.

“Eyni zamanda üç tərəfli bəyanətə uyğun olaraq, Paşinyan üstünə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün çağırışlar etməlidir. Əgər bunlar olmasa, bölgədə sülhdən danışmaq mümkün olmayacaq. Azərbaycan həm Rusiyada, həm də ABŞ-da dialoqda açıq şəkildə bildirib ki, orada antiterror əməliyyatı başlatmamağımızın səbəbi güzəştdir. Bizim ABŞ-dan, Rusiyadan və müəyyən dövlətlərdən obyektivlik gözləməyimizdir. Bu məsələlərə aydın baxılmalıdr. Bütün ölkələr erməni məsləhətçi kontentindən əl çəkməlidilər. Hazırda dialoqlar davam edir”.

Günay İbrahimova / Sulh.info.az