​"Bermud üçbucağı"nın sirri tapıldı: Britaniya alimləri AÇIQLADI

​
22:00 24.11.2022
302 Maraqlı
A- A+

Böyük Britaniya alimləri "Bermud üçbucağı"nda gəmilərin yox olmasının səbəbini müəyyən ediblər.

Sautqempton Universitetinin alimlərinin verdiyi məlumata əsasən, "Bermud üçbucağı"nda gəmilərin yox olmasının səbəbi hündürlüyü 30 metrə qədər çatan "qatil dalğalar" ola bilər.

Belə ki, üç güclü fırtınanın toqquşması nəticəsində yaranan dalğalar hətta böyük gəmini iki yerə parçalaya bilər.

Məlumat üçün qeyd edək ki, "Bermud üçbucağı" Atlantik okeanın şimalında Mayami, Bermud adaları və Puerto-Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq ərazidir. Təqribən 1,2 milyon kvadrat kilometr sahəni əhatə edir. Bu günə qədər "Bermud üçbucağı"nda 200-ə yaxın qəza baş verib və 8127 nəfər itkin düşüb.