Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Milli Mədəniyyətin TəbliğI İctimai Birliyi “Şəhidlərə həsr olunmuş nəşrin hazırlanması” layihəsi davam edir. Layihənin sonuncu mərhələsi haqda Milli Mədəniyyətin TəbliğI İctimai Birliyinin sədri, layihə rəhbəri filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova məlumat verib: “Avqustun 1-də Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin böyük akt zalında “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirildi. İki hissədən (rəsmi və bədii) ibarət təqdimatda Naxçıvan şəhər İH başçısı aparatının Vətən müharibəsi iştirakçıları ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, millət vəkilləri Gülxarə Tarverdiyeva, Ülkər Bayramova, Zeynəb Quliyeva, Üzeyr Məmmədov, Şəhla Əhmədova, Xumar Məmmədova və Bəhruz Məmmədov, Naxçıvan Yazıçılar Birliyinin üzvləri, ictimai fəallar, tələbələr, şəhid ailələri iştirak etdilər.
Təqdimat Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün soydaşlarımızın əziz ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlandı. İlk söz Naxçıvan Dövlət Texniki Kollecinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov çıxış edərək bütün qonaqları salamladı”.
Asəf Ruşanovun çıxışından sonra tədbir Jalə Cəfərovanın hər şəhidə həsr etdiyi monoloqla davam edib. Bundan sonra layihə rəhbəri Jalə Cəfərova növbə ilə çıxışçılara söz verib.
Təqdimatda Naxçıvan şəhər İH başçısı aparatının Vətən müharibəsi iştirakçıları ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Rövşən İsmayılxanov, Babək rayon Dini İşlər üzrə icmanın sədri Hacı Qasım Qasımov, baş leytenant Abbasəli İsmayılovun anası Tamara xanim, leytenant Emin Sadiqovun anası, millət vəkili Gülşad Sadiqova, leytenant Şəhriyar Məmmədovun ailəsi adından qaynı Səttar Zamanov, bacısı Çinarə Məmmədova çıxış ediblər.
Şəhriyar Məmmədovun adını daşıyan 2-ci sinif şagirdi dayısına həsr olunmuş şeir deyib. Şəhidin anası Ceyran xanım kitabın müəllifinə və zəhməti keçən hər kəsə sonsuz təşəkkürünü bildirib. Daha sonra Sədərək rayonu Dəmirçi kənd tam orta məktəbinin direktoru Şükür Allahverdiyev çıxış edərək Emin Sadiqovun adına bu ilin may ayında açılan sinif otağı, məktəbdə keçirilən tərdbirlər haqda, eyni zamanda vətən oğulları haqda fikirlərini bölüşüb. Kənd sakini təqaüddə olan baş müstəntiq Sudeyf Əhmədov çıxış edib. Təqdimatın bədii hissəsi hər kəsi duyğulandırıb.
Çıxışlardan sonra Jalə Cəfərovaya plaket və Azərbaycan qadının qeyrət rəmzi olan kəlayğı hədiyyə edilib.
Jalə Cəfərova Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rhbərliyinə, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevə, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayeva, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyeva, bədii tərtibatın rəhbəri Araz Məmmədova və zəhməti keçən hər kəsə təşəkkür edib.
Sonda xatirə şəkilləri çəkdirilib.