​Quyruğu ilə dünyaya gələn uşaq: Səbəb odur ki...-FOTO

​Quyruğu ilə dünyaya gələn uşaq:
12:08 29.11.2022
170 Maraqlı
A- A+

Meksikada Nuevo Leon şəhərindəki xəstəxanada doğulan körpə tibb dünyasını heyrətə salıb.

Məlumata əsasən, yeni doğulan körpə 5,7 santimetr uzunluğunda quyruğu ilə dünyaya gəlib.

Valideynlərinin kifayət qədər sağlam olduğunu dediyi körpə 2 aylıq əməliyyatdan sonra quyruğundan ayrılıb. Körpə 2 aydan sonra əməliyyat olunub. Həkimlər körpədə başqa narahatlıq aşkar etməyib və həmin gün evə buraxıblar.

Bildirilib ki, meksikalı körpənin onurğası düzgün formalaşmadığından quyruğu əmələ gəlib.

Məlumat üçün qeyd edək ki, alimlər insan quyruqlarını saxta və həqiqi quyruqlara bölürlər. Yalançı quyruqlar onurğa problemi və ya şişdən qaynaqlanır. Əsl quyruqlarda heyvan quyruğu kimi sümük əvəzinə əzələ, qan damarları və sinirlər var. Bu quyruqların ana bətnində inkişaf edən hər bir embrionun koksiksində əmələ gələn və daha sonra quyruq sümüyünü meydana gətirmək üçün bədənə çəkilən formasiyalardan gəldiyi düşünülür.

Mənbə: Tgrt haber