Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı" İctimai Birliyi tərəfindən icra olunan “Qarabağ və Şərqi Zəngəzurda gənclərin məşğulluğuna dəsək" layihəsi çərçivəsində növbəti maarifləndirici seminar Tərtər rayonunda keçirildi.
25 nəfər rayon gəncinin, eləcədə Tərtər rayon icra hakimiyyəti, Qarabağ regional gənclər və idman idarəsi və digər aidiyyətli yerli qurum təmsilçilərinin iştirakı ilə təşkil olunan seminarı layihənin rəhbəri, ADTGT İctimai Birliyinin icraçı direktoru Gülnarə Bağırova açıq elan etdi və layihə və tədbir haqqında geniş məlumat verdi. Sonra qonaqlardan Qarabağ regional Gİİ-nin sektor müdiri Orxan Fəxrəddinov çıxış edərək, layihənin və maarifləndirici tədbirlərin bütövlükdə region üçün xüsusi əhəmiyyətini qeyd edərək, Tərtər gənclərinin karyera və məşğulluq sahəsində bilik, bacarıq və təcrübələrinin artırılması və regionda gənclərin məşğulluq və karyera inkişafı sahəsində fəaliyyət dairələrinin zənginləşməsi üçün bu seminarın stimul yaradacagını bildirdilər.
Sonra layihənin ekspert-təlimçisi, ADTGT İctimai Birliyinin sədri Asif Əsgərli geniş və əhatəli slayd təqdimatlarla mövzu üzrə gənclərə karyera və məşğulluğa dair ətraflı bilgi və informasiyalar çatdırdı. İnteraktiv keçən seminarda gəncləri maraqlandıran sualları cavablandıran A.Əsgərli region gənclərinə iş axtarışı və karyera inkişafı üzrə də geniş məsləhətlər verdi. İştirakçılara məşğulluq və karyeraya dair əyani vəsait olaraq ekspert tərəfindən hazrlanan kitabça paylanıldı və onların rəy və fikirlərini öyrənmək və seminarın qiymətləndirilməsi üçün sorğu keşirildi. .