​"Azərkosmos"un Qarabağla bağlı gördüyü işlər açıqlanıb

​
10:30 01.12.2022
429 Qarabağ
A- A+

İşğaldan azad olunmuş ərazilərdə peyk təsvirlərindən istifadə etməklə balıqçılıq təsərrüfatlarının yaradılması, istixana komplekslərinin quraşdırılması, aqroparkların yaradılması məqsədilə əlverişli ərazilərin müəyyən olunması istiqamətində əhəmiyyətli işlər görülüb.

Bunu “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)"nin İdarə Heyətinin sədri Saməddin Əsədov jutnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Qarabağın yenidən qurulması ilə bağlı "Azərsky" vasitəsilə əlaqələndirmə qərargahına və dövlət qurumlarına 54 hesabat təqdim edilib.

Qurumun rəhbəri qeyd edib ki, “Azersky” peykinin xidmətlərindən istifadə etməklə eyni zamanda ölkədə, xüsusilə kənd təsərrüfatı sahəsi üzrə əkin növləri xəritəsinin hazırlanması, zeytun, fındıq bağlarının salınması, iri arıçılıq təsərrüfatlarının yaradılması üçün uyğun ərazilərin seçilməsi, pambıq sahələrində suvarılmanın və vegetasiya dövründə baş verən anomaliyaların monitorinqi aparılıb.

"Taxıl sahələrinin qiymətləndirilməsi, ölkə üzrə pivot tipli müasir suvarma sistemlərinin peyk təsvirləri üzərindən müəyyən edilməsi və qeydiyyatı istiqamətində iri layihələr həyata keçirilib" - S. Əsədov əlavə edib.