Ölkədə təbiət hadisələri ilə bağlı erkən xəbərdarlıq sisteminin yaradılması üçün tədbirlər planı hazırlanır.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva "Ekspert saatı"nda deyib.
O bildirib ki, təbii fəlakətlərin qarşısını almaq mümkün deyil:
"Belə olsaydı, inkişaf etmiş ölkələrdə təbii fəlakətlər olmazdı. Lakin qabaqcadan və dəqiq verilən proqnoz və xəbərdarlıqla təbii fəlakətlərin vurduğu zərərləri azaltmaq olar".