​Azərbaycandan Dubaya gedən turistlərin sayı 89 % artıb

​Azərbaycandan Dubaya gedən turistlərin sayı
13:45 12.12.2022
192 Turizm
A- A+

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə 22 833 nəfər səfər edib.

Bunu Dubayın İqtisadiyyat və Turizm Departamentinin nümayəndəsi, milliyyətcə azərbaycanlı Nigar Səmədova bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 89 % çoxdur.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 10 ay ərzində Azərbaycandan xarici ölkələrə 1 il əvvələ nisbətən 1,6 dəfə çox - 1 215,5 min nəfər səfər edib.