Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın yolundan növbəti humanitar yardım maşınları keçib.
Əvvəldən razılaşdırılmış qaydaya uyğun olaraq, bu gün aksiya iştirakçıları tərəfindən Rusiya sülhməramlı kontingentinə məxsus avtomobillərin maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.
Rusiya sülhməramlılarına məxsus maşınlarda ermənilərə humanitar yardım aparılıb.
Mənbə: APA