​Operativ Qərargah MƏLUMAT YAYDI - yoluxanların sayı AÇIQLANDI

​Operativ Qərargah MƏLUMAT YAYDI
16:21 03.05.2023
A- A+
Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 46 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 61 nəfər isə sağalıb, 5 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 831 460 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 820 953 nəfər müalicə olunaraq sağalıb, hazırda 257 aktiv xəstə var. Bu günə qədər 10 250 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1471, bu günə qədər isə ümumilikdə 7 593 644 test icra olunub.