​Müdafiə Nazirliyi TƏCİLİ məlumat yaydı - saat 12:10 radələrində...

​Müdafiə Nazirliyi TƏCİLİ məlumat yaydı
13:44 06.09.2023
128 Hərbi
A- A+

Sentyabrın 6-sı saat 12:10 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

"Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda vurğulanıb.