​Səhər saatlarında DƏHŞƏTLİ XƏBƏR - Azərbaycanda ana oğlunu BIÇAQLADI

​Səhər saatlarında DƏHŞƏTLİ XƏBƏR
11:02 15.09.2023
73 Hadisə
A- A+

Tərtərdə ana oğlunu bıçaqlayıb.

Sulh.info.az-ın unikala istinadən verdiyi məlumata görə, sentyabrın 13-də saat 22 radələrində Tərtər şəhəri H.Əliyev prospektində yaşayan 1965-ci il təvəllüdlü İmanova Xanım Məhəmməd qızı yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı oğlu 1991-ci il təvəllüdlü İmanlı Nahid Akif oğluna mətbəx bıçağı ilə bir dəfə zərbə endirməklə sol döş qəfəsinin aşağı arxa hissəsinin kəsilmiş-deşilmiş xəsarətlərini yetirib.

Faktla bağlı Tərtər RPŞ-nin İQ-da CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

X.İmanova 14.09.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub.