​Polad Həşimovun anasından sərt sözlər: “Onun ağlı üstündədir, ya yox…”

​Polad Həşimovun anasından sərt sözlər:
01:03 17.10.2021
2148 Müsahibə
A- A+

Həmin şəxsin nə ixtiyarı var ki, şəhidləri təhqir etsin!? Kimliyindən asılı olmayaraq, şəhidə toxunmağa heç kimin haqqı yoxdur.

 

SÜLH.İNFO xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova deyib.

Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə şəhidlərlə bağlı təhqiramiz ifadələr işlədən Tovuz sakini Aqil İbrahimov barəsində 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

Şəhid anası həmin hadisəni bu cür dəyərləndirib:

“Bu məsələdə, ilk növbədə, bilmək lazımdır ki, şəhidləri təhqir edən şəxs ağlı üstündə adamdır, ya yox. İkincisi, həmin adamın şəhid verən bir yaxını varmı və ya ailəsindən kimsə şəhid olubmu, orduda işləyəni varmı, bunları araşdırmaq mütləqdir.

Yəqin ki, şəhidləri təhqir edən şəxsin içində şəhidlik yanğısı yoxdur. Allah ona bir şəhidlik yanğısı versəydi, o zaman anlyardı şəhidlik dərdi necə olur. Şəhidlərə heç kim toxuna bilməz, heç kim!”