​"Real"dan Haalanda gözlənilməz mesaj - Arzusunun üstündən xətt çəkdi

​
11:46 12.10.2023
154 İdman
A- A+

“Real Madrid”in rəhbərliyində yer alan Joze Manuel Otero Lastres sosial mediada canlı yayımda Erlinq Haaland barədə diqqətçəkən açıqlama verib.

İspan menecer bildirib ki, Erlinq Haaland “Real Madrid”in oyun sisteminə uyğun gəlmir. Onun sözlərinə görə, Haalandın qol vurması üçün bütün komanda yaxşı oynamalıdır. Menecer qeyd edib ki, buna görə də, “Real Madrid” bazar dəyəri eyni olan Kilian Mbappeni transfer etməkdə maraqlıdır. Menecer Mbappenin daha texnikalı futbolçu olduğunu qeyd edib.

Qeyd edək ki, Erlinq Haalandın “Real Madrid”də oynamaq istədiyi barədə xəbərlər dərc edilmişdi.