“Son günlərdə cüdo üzrə milli yığmanın məşqçi vəzifəsindən ayrılmağım ilə bağlı mediada çıxan xəbərlər məni narahat etdi. Bu məsələ ilə bağlı bildirmək istəyirəm ki, vəzifədən ayrılmağım Azərbaycan Cüdo Federasiyasının qərarı əsasında baş verib”.
Referans.az xəbər verir ki, bunu Ölkə.Az-a Cüdo üzrə Azərbaycan millisinin sabiq böyük məşqçisi Mehman Əzizov deyib.
O bildirib ki, federasiyanın qərarına hörmətlə yanaşır, milli yığmada fəaliyyət göstərən məşqçilərə və idmançılara uğurlar arzu edir: “Əbdülhəqq Rəsullu ilə bir yerdə çalışmışam, əgər onun da təyinatı baş verərdisə, buna ancaq sevinə bilərdim, çünki, bu yerə layiq həmkarımdır”.