Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasında dəyişiklik edilib.
Sulh.info.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib.
- əmək pensiyası minimum məbləğə çatdırılır;
- maddi yardımın (əvvəlki ildə ödənilmişdirsə) bir aya düşən hissəsi əmək pensiyasının tərkibinə daxil edilir;
- əmək pensiyası indeksləşdirilir.
Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr əvəzləşdirilir.