​Şahin Məmmədov: Seçkilərin Qarabağ torpaqlarında da keçirilməsi bizi qürurlandırır

​Şahin Məmmədov: Seçkilərin Qarabağ torpaqlarında da keçirilməsi bizi qürurlandırır
15:00 13.08.2024
3045 Siyasət
A- A+

“Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilər bütün dünya azərbaycanlılarının diqqət mərkəzində olacaq”. Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Rusiyanın Şimali Osetiya-Alaniya Respublikasında Azərbaycanlılar Konqresinin fəxri prezidenti Şahin Məmmədov deyib.

O vurğulayıb ki, Azərbaycan demokratik inkişafa nail olmuş ölkədir: “Azərbaycan böyük seçki təcrübəsinə malikdir. Müstəqillik əldə etdikdən sonra ölkəmizdə beynəlxalq hüquqa əsaslanan seçki qanunvericiliyi formalaşıb. Bunun əsasında dəfələrlə prezident, parlament və bələdiyyə seçkiləri keçirilib. Bu seçkilərin hər biri beynəlxalq və yerli müşahidəçilər tərəfindən izlənilib və müsbət rəy verilib. Bütün bunlar Azərbaycanda seçkiöncəsi mühitin yaxşı olmasını və seçki günlərində qaydalara riayət olunmasını sübut edir.

Əminəm ki, sentyabrın 1-də soydaşlarımız layiqli  namizədlərə səs verəcək. Xalqımız bununla bir daha dünyaya demokratiya nümayiş etdirəcək”.

Şahin Məmmədov bildirib ki, artıq yerli medianı izlədikdə sentyabrın 1-nə təyin edilmiş seçkilərlə bağlı fəallıq müşahidə olunur: “Artıq ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub, bütün tarixi torpaqlarımız geri qaytarılıb. Ona görə də Azərbaycanın bütün ərazisində Milli Məclisə seçkilərin keçirilməsini mühüm tarixi hadisə sayıram. Azad olunmuş ərazilərə qayıdan vətəndaşlarımız öz doğma yurdlarında səsvermə hüququndan istifadə edə biləcəklər. Bütün bunlar bizi qürurlandırır”.