Bakıda yeniyetmə qız intihar edib.
SÜLH.İNFO xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.
Müşfiqabad qəsəbəsində yaşayan 14 yaşlı Aygün Eyvazova özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. O, təcili tibbi yardım ilə xəstəxanaya çatdırılıb. A.Eyvazovaya bədənin çoxsaylı sınıqları, müştərək travması, açıq-kəllə beyin travması diaqnozları qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır olduğundan komatik vəziyyət müşahidə olunur.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.