Dünyada 581 134 126 nəfərdə koronavirus aşkarlanıb.
Sulh.info.az bildirir ki, virusdan 6 417 955 xəstə ölüb, 550 980 177 nəfər sağalıb. Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (93 054 184), Hindistan (44 000 138 nəfər), Braziliya (33 795 192 nəfər), Fransa (33 786 766 nəfər) və Almaniyadır (30 853 312 nəfər).
Sərhəd qonşularımız arasında Rusiyada 18 576 973, Türkiyədə 15 889 495, İranda 7 376 794, Gürcüstanda 1 675 265, Ermənistanda isə 425 365 nəfərdə koronavirus aşkar edilib.
Azərbaycanda koronavirusa yoluxan 798 011 nəfərin 9 746-sı ölüb, 786 056 xəstə müalicə olunaraq sağalıb.