​Bakıda yük maşını piyadanın üzərindən keçərək öldürdü

​Bakıda yük maşını piyadanın üzərindən
11:15 30.07.2022
249 Hadisə
A- A+

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ölüb.

Sulh.info.az xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsi ərazisində qeydə alınıb.

1997-ci il təvəllüdlü Əliyev Ümüd Elçin oğlu yol kənarında dayandığı zaman onun üzərindən “Shacman” markalı yük avtomobili keçib. Piyada hadisə yerində ölüb.

Meyit müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə təhvil verilib.