​Müğənni Byorkun qızı model qismində debüt etdi

​Müğənni Byorkun qızı model qismində
11:35 31.07.2022
A- A+

İslandiyalı müğənni Byorkun qızı, 19 yaşlı İsadora Byarkardottir model olub.

Məlumata görə, o, “Miu Miu” brendinin yeni siması seçilib.

Qısaca Doa adlandırılan qız brendin 2022-ci ilin payızında çıxacaq zərgərlik kolleksiyasının reklamında çəkilib.

Bu il gənc xanım həm də ekranda debüt edib. İsadora  anası ilə birlikdə “Şimallı” filmində rol alıb.