​Türkiyədə yenə məşə yanğınları başladı

​Türkiyədə yenə məşə yanğınları
19:00 31.07.2022
263 Dünya
A- A+

Türkiyədə havada temperaturun 40 dərəcəni ötməsi fonunda yenidən meşə yanğınları başlayıb.

Sulh.info.az bildirir ki, Mersinin Anamur rayonunda yanğının söndürülməsinə 2 təyyarə, 5 helikopter və 20 yanğınsöndürən maşını cəlb olunub.

Hatayın Antakya rayonunda Habibi Neccar dağı ətəklərindəki yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə başlayıb.

Bu gün saat 14.30 radələrində isə İzmirin Menderes rayonunda tarlada başlayan yanğın küləyin də təsiri ilə meşəyə keçib. Yanğının söndürülməsinə 2 təyyarə, 3 helikopter və 13 yanğınsöndürən maşın cəlb olunub. Menderes rayonunda yanğının artıq nəzarət altına alındığı, soyutma işlərinin aparıldığı bildirilib. (Apa)