​Rusiyanın yeni Dəniz Doktrinası: ABŞ başlıca təhdid elan edildi

​Rusiyanın yeni Dəniz Doktrinası: ABŞ başlıca təhdid
21:00 31.07.2022
239 Siyasət
A- A+

Rusiya Prezidenti Vladimir Putin iyulun 31-də ölkənin yeni Dəniz Doktrinasını təsdiqləyib.

Sulh.info.az bildirir ki, sənədə əsasən, ABŞ-ın dünya okeanında hökmranlıq siyasəti Rusiyanın bu məkanda milli təhlükəsizliyinə əsas təhdid kimi qiymətləndirilib.

Bundan əlavə, doktrinaya əsasən, Rusiyanın milli təhlükəsizliyinə əsas təhdidlərdən biri NATO-nun hərbi infrastrukturunun ölkə sərhədlərinə qədər irəliləməsi və Rusiyaya bitişik dəniz sularında təlimlərinin sayının artmasıdır.

Mənbə: gazeta.ru