​Azərbaycanlı polis bu addımı ilə GÜNDƏM OLDU - VİDEO

​Azərbaycanlı polis bu addımı ilə GÜNDƏM OLDU -
12:05 01.08.2022
257 Ölkə
A- A+

Sosial şəbəkələrdə Bakı metrosunda lentə alınan daha bir görüntü yayılıb.

Sulh.info.az xəbər verir ki, "Əhmədli" metrostansiyasında çəkilən videoda polis əməkdaşlarından biri görmə məhdudiyyətli şəxsə kömək edir.

İş vaxtının bitməsinə baxmayaraq o, sadə vətəndaşdan yardımı əsirgəmir. Ağsaqqaldan hansı tərəfə getdiyini soruşur və onun əlindən tutuaraq onu dediyi istiqamətə aparır. 

Sözügedən görüntülər sosial şəbəkələrdə yayılaraq gündəm olub. İstifadəçilər xeyirxah polisin bu addımının təqdirəlayiq olduğunu vurğulayıblar.

Videonu aparıcı Aytən Səfərova sosial şəbəkə hesabında yayımlayıb. (baku.ws)