Bakı səmasını bürüyən tüstünün mənbəyi məlum oldu.
Sulh.info.az xəbər verir ki, yanğın Binəqədi rayonunda Mehdiabad-Novxanı yolunun kənarında qamışlıq ərazidə baş verib.
Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyindən bildirilir ki, yanğının nədən baş verdiyi hələlik məlum deyil. Həmçinin ərazinin relyefi mürəkkəb olduğundan yanğınsöndürənlər bura daxil olmaqda çətinlik çəkirlər. Yanğın təxminən 2 hektar qamışlıq ərazini əhatə edir və get-gedə genişlənir.
*** 10:50
Bakıda qamışlıq ərazi yanır.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Binəqədi rayonunda Mehdiabad-Novxanı yolunun kənarında qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Məlumat daxil olduqdan dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, bataqlıq ərazidə təqribən 2 ha qamışlıq sahə yanır.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
*** 10:20
Paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində yanğın başlayıb.
Sulh.info.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. (baku.ws)