​Pivə süzərkən faciəvi şəkildə öldü

​Pivə süzərkən faciəvi şəkildə
11:44 01.08.2022
326 Ölkə
A- A+

Xaçmazda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Sulh.info.az xəbər verir ki, "Xaçmaz Mexanizasiya Nəqliyyat" ASC-nin ərazisində yerləşən kafedə işləyən Xəlilov Seyidəmir Elnur oğlu pivə aparatından qədəhə içki süzərkən ölüb.

Məlum olub ki, gənc oğlan elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Bildirilib ki, həmin kafeni Seyidəmir Xəlilovun dayısı ASC-dən icarəyə götürərək işlədirmiş.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır. (baku.ws)