​Tələbə imtahan nəticələrini görüb ürəyi partlayıb ÖLDÜ

​Tələbə imtahan nəticələrini görüb ürəyi partlayıb
20:45 01.08.2022
262 Sosial
A- A+

Misirdə universitet məzunu buraxılış imtahanlarının nəticələrini görərkən ürəyi dayanıb.

Bu barədə “ Mirror” nəşri məlumat yayıb .

22 yaşlı gənc South Valley Universitetinin elm fakültəsinin tələbəsi olub və nəticələri eşitmək üçün çox həyəcanlanıb. Gənc zərfi açanda bütün sınaqlardan uğurla keçdiyini görərək ürəyi partlayıb. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Həkimlər tələbəyə ürək tutması diaqnozu qoyub, o, elə həmin gün dünyasını dəyişib.

Gəncin meyiti ailə üzvlərinə təhvil verilib. Hazırda prokurorluq hadisənin təfərrüatlarını araşdırır.