​Azərbaycanlı alim vəfat ETDİ

​Azərbaycanlı alim vəfat
21:00 01.08.2022
256 Toplum
A- A+

Naxçıvan Dövlət Universitetinin (NDU) alimi Novruzəli Rəhimov dünyasını dəyişib.

Bu barədə NDU məlumat yayıb.

Bildirilib ki, Rəhimov Novruzəli Həmzə oğlu 1962-ci il mart ayının 20-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Qara-qala kəndində anadan olub. 

Novruzəli Rəhimov vəfatından öncə “Qloballaşma prosesində Azərbaycanın rolu” mövzusunda fəlsəfə üzrə elmlər doktoru dissertasiyası üzərində işləyib.

Mərhum iki metodik vəsaitin, üç fənn proqramının, bir monoqrafiyanın, 68  elmi məqalənin müəllifidir.

Qeyd edək ki, Norvuzəli Rəhimova 31 oktyabr 2017-ci il tarixdə Prezidentin Sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adı verilib.