​Bakıda yaşlı qadını avtomobil iki dəfə vurub

​Bakıda yaşlı qadını avtomobil iki dəfə
22:15 01.08.2022
245 Hadisə
A- A+

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə 8-ci mikrorayon ərazisində baş verib.

Belə ki, “Mercedes” markalı avtomobili idarə edən sürücüsü, 1967-ci il təvəllüdlü Məmmədova Gülxar Yadigar qızını vurub.

Daha sonra “Mercedes”-i idarə edən sürücü maşını geriyə doğru hərəkət etdirərək G.Məmmədovanı ikinci dəfə vurub.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.